Əsas Səhifə > Region > İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib

İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib


14-04-2024, 12:04


“İranın İsrailə qarşı əməliyyatı başa çatıb”.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib.

“Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə, gələcəkdə də hərəkətə keçməyə hazırdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ordu yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib.

Şəffaflıq.az 


Geri qayıt