Əsas Səhifə > XARİCİ XƏBƏR > KİV: İran HƏMAS-a 6 ildə 222 milyon dollar məbləğində pul verib
KİV: İran HƏMAS-a 6 ildə 222 milyon dollar məbləğində pul verib12-04-2024, 14:51 |
İran HƏMAS silahlı-siyasi qruplaşmasına 2014-2020-ci illərdə 222 milyon dollar məbləğində pul verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Times of London” məlumat yayıb. Bildirilib ki, İsrail ordusunun Qəzza zolağında müharibə zamanı əldə etdiyi yazışmada bu məlumat qeyd edilib. TSAXAL vurğulayıb ki, bu məktub İranın HƏMAS-ı maliyyələşdirdiyinə dair tutarlı sübutdur. Məlumata görə, HƏMAS-ın Qəzzadakı hərbi komandiri, Abol Bara ləqəbi ilə tanınan Mərvan İsanın Qəzzadakı qrupun lideri Yəhya Sənvara yazdığı belə məktublardan biri qruplaşmanın İrandan ən azı 222 milyon dollar almasının təfərrüatları ilə bağlıdır. Vurğulanıb ki, Mərvan İsa mart ayında Qəzzanın mərkəzində Nusirat düşərgəsinin yaxınlığında İsrailin hücumu nəticəsində ölüb. İsrail kəşfiyyatının qənaətinə əsasən, İslam Respublikasından HƏMAS-a maliyyə yardımı ən azı 2023-cü il oktyabrın 7-nə (HƏMAS-ın İsrailə hücum etdiyi) qədər davam edib. Bildirilib ki, İran HƏMAS-a silah arsenalını zənginləşdirməkdə köməklik göstərib. Geri qayıt |