Əsas Səhifə > REGİON > Gürcüstanda bütün xərçəng xəstələrinin müalicəsini dövlət maliyyələşdirəcək.

Gürcüstanda bütün xərçəng xəstələrinin müalicəsini dövlət maliyyələşdirəcək.


11-04-2024, 21:53


Gürcüstanda bütün xərçəng xəstələrinin müalicəsini dövlət maliyyələşdirəcək.

 Şəffaflıq.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Nazir müavini deyib ki, gəliri və sığortasından asılı olmayaraq, bu xəstələrin müalicəsini dövlət öz üzərinə götürür.

Onun sözlərinə görə, proqramın iştirakçısı olmaq üçün qan testi, əlavə görüntüləmə tədqiqatları, kompüter tomoqrafiyası və skanlardan keçmək tələb olunur. Dərmanların təyin edilməsi üçün genetik test də tələb oluna bilər.


Geri qayıt