Əsas Səhifə > XARİCİ XƏBƏR > İsrailin hərbi aviasiyası Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında bir neçə zərbə endirib.

İsrailin hərbi aviasiyası Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında bir neçə zərbə endirib.


11-04-2024, 09:18


İsrailin hərbi aviasiyası Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında bir neçə zərbə endirib.

Şəffaflıq.az bu barədə "Jerusalem Post"a istinadən xəbər verir.

"İsrail Hərbi Hava Qüvvələri çərşənbə günü axşam saatlarında Qəzza zolağının Rəfah bölgəsindəki müxtəlif hədəflərə zərbələr endirib", - nəşr İsrail mediasının bəyanatlarına istinadən yazıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və dinc sakinlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib.


Geri qayıt