Əsas Səhifə > Redaktor seçimi / Cəmiyyət / MANŞET > 55 YAŞIN MÜBARƏK OLSUN HİKMƏT MÜƏLLİM...
55 YAŞIN MÜBARƏK OLSUN HİKMƏT MÜƏLLİM...10-04-2024, 09:40 |
Dəyərli ziyalımız, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Hikmət Şikarovun 55 yaşı tamam oldu. Hikmət müəllim elmə və obasına bağlı, milli dəyərlərə Azərbaycan Dövlətinə və dövlətçiliyə sadiq şəxsiyyət, hər zaman dövlət maraqlarını şəxsi mənafeyindən üstün tutan əqidəli dövlət xadimi, bacarıqlı mütəxəssis, məsuliyyətli rəhbər və gözəl şəxsiyyət, qayğıkeş ailə başçısı kimi tanınır. Doğum günü insanın həyatında yaddaqalan hadisədir və yaşanmış ömür üçün hesabat kimi səciyyələnir. Bu müddət ərzində böyük və zəngin həyat yaşayıb Hikmət müəllim. Siz, məktəb və tələbəlik həyatı, Əfqanıstan Müharibəsi, Qarabağ savaşı - daha sonra isə müstəqil dövlətimizə layiqli xidmətinizlə mübarizə ruhlu mənalı həyat yolu keçmisiniz. Sizin yaşadıqlarınızla qürur duymaq haqqınız vardır. Hesab edirik ki, bu Sizin həyat və onun sınaqları qarşısında qələbəniz deməkdir. Özününüzü xoşbəxt insan hesab edə bilərsiniz ona görə ki, Azərbaycan Xalqının və Ordusunun Zəfər tarixini də yaşamaq qismətiniz oldu. Hazırki vaxtda da məsul vəzifədə işləməyinizi davam etdirməklə yüksək əqidəli dövlət xadimi, vətənpərvər insan, sadəliyi, səmimiyyəti, həssaslığı və xeyirxahlığı ilə seçilən və sevilən, öz Xalqına və Prezidentinə nüfuz qazandırmağı bacaran dövlət məmuru kimi böyük hörmət sahibisiniz. Şamaxı Rayonunda hamı Sizi sadə, qədirbilən bir insan kimi tanıyır. Siz daima Xalqın içərisində olub vətəndaşlarımızın problemlərini öyrənir və mümkün olduqca onlara qanunamüvafiq qaydada köməkliyinizi əsirgəmirsiniz. Həmişə Şəhid Ailələrinə, Qarabağ Qazilərinə, Müharibə Veteranlarına və iştirakçılarına, həmçinin aztəminatlı ailələrə xüsusi qayğı və ehtiram göstərməyiniz Sizə olan Xalq və Vətəndaş sevgisini daha da artırmışdır. Sizi 55 yaşınızın tamam olması münasibəti ilə urəkdən təbrik edirik. Arzumuz odur ki, həmişə yaşadığınız zəngin taleyinizlə gənc nəsilə nümunə olasınız! Doğma Vətənimizdə azad və firəvan həyat, sağlamlıq və xoşbəxtlik, uğur və fərəh, həyat yollarında yeni-yeni zirvələri fəth etməyinizi Sizə arzulayırıq.
Böyük hörmətlə, “Şəffaflıq” qəzetinin redaksiyası adından təsisçi və baş redaktor Vahid İsmayılov Geri qayıt |