Əsas Səhifə > HƏRBİ > MN: Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

MN: Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub


9-04-2024, 14:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 9-u saat 10:40 radələrində İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Şəffaflıq.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.



Geri qayıt