Əsas Səhifə > REGİON > Putin Rusiyanın KTMT-dəki erməni nümayəndəsini tutduğu vəzifədən azad edib
Putin Rusiyanın KTMT-dəki erməni nümayəndəsini tutduğu vəzifədən azad edib9-04-2024, 13:29 |
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) erməniəsilli nümayəndəsi Mikael Aqasandyanı tutduğu vəzifədən azad edib. Şəffaflıq.az xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb. Bildirilib ki, Vladimir Putin erməni etnik qrupunun nümayəndəsini Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Viktor Vasilyevlə əvəz edib. Mütəxəssislər bunu Moskvanın ermənilərə etimad etməməsi kimi də dəyərləndiriblər. Qeyd edək ki, Ermənistan hökuməti KTMT-də fəaliyyətini dondurduğunu bildirib. Geri qayıt |