Əsas Səhifə > EKOLOGİYA > Sumqayıt və İsmayıllıda tullantı suları təmizlənmədən açıq su hövzələrinə axıdılıb
Sumqayıt və İsmayıllıda tullantı suları təmizlənmədən açıq su hövzələrinə axıdılıb8-04-2024, 12:59 |
Sumqayıt şəhəri və İsmayıllı rayonu ərazisində tullantı suların təmizlənmədən açıq su hövzələrinə axıdılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, Xidmətinin əməkdaşlarının apardığı araşdırma zamanı Sumqayıt şəhəri Tuğ-zаvоd ərazisində fəaliyyət göstərən “Seyfulla-Kövsər” MMC-yə məxsus dəri emalı müəssisəsindən, sözügedən əraziyə yaxın sahədə fəaliyyət göstərən avtoyuma məntəqəsindən, eləcə də İsmayıllı rayonu Mican kənd sakini Ayaz İslamovun həyətyanı sahəsindən tullantı suların təmizlənmədən su hövzələrinə axıdıldığı məlum olub. Faktlarla bağlı “Seyfulla-Kövsər” MMC-nin məsul nümayəndəsi Qəhrəman Pirəliyev, avtoyuma məntəqəsinin sahibi Allahyar Rüstəmov və vətəndaş Ayaz İslamov barəsində akt, protokol tərtib edilib, qanunamüvafiq tədbir görülüb. Geri qayıt |