Əsas Səhifə > REGİON > Tbilisidə atıcılıq mərkəzindəki partlayışda ölənlərin sayı artıb
Tbilisidə atıcılıq mərkəzindəki partlayışda ölənlərin sayı artıb7-04-2024, 20:17 |
Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayışla bağlı araşdırmalar aparılır. Şəffaflıq.az xəbər verir ki, istintaq “Elektrik və ya istilik enerjisi, qaz, neft və ya neft məhsulları obyektlərində təhlükəsizlik qaydalarının pozulması” maddəsi ilə aparılır. Cəza 6 ildən 10 ilə qədər həbsdir. Qeyd edək ki, hadisə nəticəsində ölənlərdən biri və yaralananlardan ikisi ölkənin Daxili İşlər Nazirliyinin, bir yaralı isə "Battleground" atıcılıq mərkəzinin əməkdaşlarıdır. Üç nəfərin ölümü, daha üçünün yaralanması ilə nəticələnən partlayışın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir. Geri qayıt |