Əsas Səhifə > XARİCİ XƏBƏR > Çində kömür şaxtasında qəza baş verib, 4 nəfər ölüb

Çində kömür şaxtasında qəza baş verib, 4 nəfər ölüb


6-04-2024, 12:12


Çinin mərkəzi Xunan əyalətində kömür şaxtasında baş verən qəza nəticəsində 4 nəfər həlak olub.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə cümə günü Pekin vaxtı ilə saat 20:40-da Lenşuytszyan şəhərində baş verib. Axtarış-xilasetmə işləri təxminən 5 saat sonra başa çatıb.

Qeyd edilib ki, qəzanın səbəbləri araşdırılır.


Geri qayıt