Əsas Səhifə > MANŞET > Energetika naziri Biləsuvarda vətəndaşları qəbul edəcək
Energetika naziri Biləsuvarda vətəndaşları qəbul edəcək6-04-2024, 10:29 |
|
Aprelin 26-da energetika naziri Pərviz Şahbazov Biləsuvar, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Cəlilabad və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək. Energetika Nazirliyindən Şəffafıq.az-a verilən məlumata görə, qəbul saat 11:00-dan başlayaraq Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 213) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov: əlaqə telefonu: (050) 305-51-67, elektron poçt ünvanı: ), İmişli filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: ) və Şirvan filialı (əlaqələndirici şəxs: Ceyhun Rzayev, əlaqə telefonu: (050) 225-34-86, elektron poçt ünvanı: ) vasitəsilə müraciət edə bilərlər.Həmçinin Energetika Nazirliyinin internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.Geri qayıt |