Əsas Səhifə > Manşet > Bakının 2 rayonunun qaz təchizatında fasilə yaranacaq

Bakının 2 rayonunun qaz təchizatında fasilə yaranacaq


6-04-2024, 09:32


Bu gün görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar Bakının 2 rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məlumata görə, Xətai rayonu, R.Əsgərov küçəsi 39 ünvanında və S. Mehmandarov küçəsi 94A ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi, həmçinin Binəqədi rayonu, 7-ci Mikrorayon, Süleyman Sani Axundov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədi ilə aprelin 6-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun R. Əsgərov, S. Mehmandarov, Ə. Şıxlinski küçələrinin və Binəqədi rayonu, 7-ci Mikrorayonun 31 və 26-ci məhəllələrinin, “Union Park” yaşayış massivinin, Süleyman Sani Axundov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şəffaflıq.az


Geri qayıt