Əsas Səhifə > Hadisə > Balakəndə maşın vuran 8 yaşlı uşaq ölüb

Balakəndə maşın vuran 8 yaşlı uşaq ölüb


5-04-2024, 15:04


Balakəndə 8 yaşlı uşağı avtomobil vuraraq öldürüb.

Bildirilib ki, bu gün günorta saatlarında Balakən rayonunun Şərif kəndində Şamil Horcolov idarə etdiyi “QAZ-24” markalı avtomobil piyada, 2016-cı il təvəllüdlü S.Abdullayevanı vurub. Azyaşlı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt