Əsas Səhifə > Dünya > İraqda qeyri-sabitlik - Dövlət idarəsini yandırdılar!

İraqda qeyri-sabitlik - Dövlət idarəsini yandırdılar!


25-11-2019, 13:30

 

Şəffaflıq.az xəbər verir ki, İraqın cənubunda yerləşən Zikar vilayətində hökumətə qarşı etiraz edən nümayişçilər valilik binasını yandırıblar.

Asayiş xidmətinin əməkdaşlarının verdiyi məlumata görə, bəzi etirazçılar valiliyin binasına Molotov kokteyli atıblar. Alov bütün binanı bürüyüb. Yeni tikilmiş binaya böyük zərər dəyib.

Bəsrə və Zikar vilayətlərinə keçirilən etiraz nümayişlərində indiyə qədər 6 etirazçı həlak olub 158 nəfər yaralanıb.

İraqdakı qanlı aksiyalar

Oktyabr ayının 1-dən başlayan, işsizlik korrupsiya və ictimai xidmət sahəsindəki qüsurlara qarşı etiraz nümayişlərində indiyə qədər 300 nəfərdən artıq insan həlak olub, 15 min nəfərdən artıq insan yaralanıb.

Paytaxt Bağdad başda olmaqla orta və cənubi İraq şəhərlərində davam edən nümayişlərdə İranın ölkədəki nüfuzuna da etirazlar səsləndirilir.

Hökumətin islahat paketlərindən razı qalmayan nümayişçilər asayiş qüvvələrinə etirazçılara qarşı sərt davranmaq əmri vermiş baş nazir Adil Əbdülmehdi ilə korrpusiyada ittijam elədikləri hökumətin istefa verməsini tələb edirlər.
Geri qayıt