Əsas Səhifə > XARİCİ XƏBƏR > Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar elan edib
Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar elan edib5-04-2024, 09:53 |
Yaponiya Ticarət Nazirliyi Rusiyaya tədarükü qadağan ediləcək yeni kateqoriyalı sənaye mallarının siyahısını dərc edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Sanksiyalara litium-ion akkumulyatorlar, qaz boruları, avtomobillər üçün motor yağları, termostatlar, nitroselüloz məhsulları və ağac emalı maşınları daxildir. Bütün bunların aprelin 17-dən etibarən Rusiyaya tədarükü yasaqlanacaq. Bundan başqa, Yaponiya mayın 10-dan sənaye istifadəsi istisna olmaqla Rusiya almazlarının idxalına qadağa qoyacaq; bu qərarı G7 ölkələri hələ dekabr ayında qəbul etmişdi. Geri qayıt |