Əsas Səhifə > SİYASƏT > Azərbaycanın Baş Qərargah rəisi MDB Qərargah Komitəsinin iclasında iştirak edib
Azərbaycanın Baş Qərargah rəisi MDB Qərargah Komitəsinin iclasında iştirak edib4-04-2024, 14:49 |
Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev MDB ölkələrinin Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin Moskvada keçirilən iclasında iştirak edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. İclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan da nümayəndələr iştirak ediblər. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, görüş zamanı dünyada və MDB-yə üzv ölkələrin sərhədlərinin perimetri boyunca hərbi-siyasi vəziyyət əsaslı şəkildə təhlil edilib: “Görüş iştirakçılarına Rusiya hərbi-sənaye kompleksinin müəssisələri tərəfindən yaradılmış müasir silahlarla tanış olmaq imkanı yaradılıb. Onlara pilotsuz uçuş aparatlarına qarşı mübarizənin təşkilinə müasir yanaşmalar barədə də məlumat verilib”. Onun sözlərinə görə, birgə hərbi sistemlərin inkişafı üzrə cari və gələcək vəzifələr ətrafında müzakirə aparılıb: “Birgə rabitə sisteminin və birgə hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi perspektivlərinə, həmçinin humanitar minatəmizləmə bölmələrinin hazırlanmasına xüsusi diqqət yetirilib”. Geri qayıt |