Əsas Səhifə > REGİON > Latviya dronların ilk partiyasını Ukraynaya göndərəcək

Latviya dronların ilk partiyasını Ukraynaya göndərəcək


4-04-2024, 13:08

Latviya yaxın vaxtlarda Ukraynaya 1 milyon avro dəyərində yerli istehsal olan dronların ilk partiyasını göndərməyi planlaşdırır.

Şəffaflıq.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu Latviyanın Baş naziri Evika Silina ukraynalı həmkarı Denis Şmıqalla keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Latviyanın istehsal etdiyi dronlar sınaqdan keçirilib: “Ukraynalı həmkarlarımız onların döyüşdə effektiv olduğunu etiraf ediblər”.

Onun sözlərinə görə, ümumilikdə, 2024-cü ildə Latviya Ukraynaya dronların tədarükü üçün 9 milyon avro ayırmağı planlaşdırıb.



Geri qayıt