Əsas Səhifə > Hadisə > Ali Məhkəmədə Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən şəxslə bağlı qərar qəbul olunub

Ali Məhkəmədə Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən şəxslə bağlı qərar qəbul olunub


4-04-2024, 12:15


Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Müşfiq Qurbanovla bağlı Ali Məhkəmədə qərar qəbul olunub.

Şəffaflıq.az xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən məhkəmə iclasında M.Qurbanova bəraət verilməsi üçün müraciət olunan kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, təqsirləndirilən şəxs 2020-ci il noyabrın 30-da 1 saylı Bakı İstintaq Təcridxanasında vəfat edib.

Qeyd edək ki, Qurbanov Müşfiq Cümşüd oğluna qarşı Cinayət Məcəlləsinin 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq) 214.2.6 (dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) və 307.3 (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə ittiham irəli sürülüb.

O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, M.Qurbanov 2018-ci ilin iyulun 3-də hazırda həbsdə olan Yunis Səfərov Müşfiq Qurbanovun da daxil olduğu xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində İcra Hakimiyyətinin ozamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd həyata keçirməyə çalışıb.

M.Qurbanov 2018-ci il iyulun 15-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə “Gəncə işi”ndə təqsirli bilinərək beynəlxalq axtarışa verilib. O, 2018-ci il oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılıb.

O, Moskva təcridxanasında bir il üç ay saxlanıldıqdan sonra 2020-ci il yanvarın 17-də Bakıya gətirilib.


Geri qayıt