Əsas Səhifə > XARİCİ XƏBƏR > Putin Donetsk və Luqanskda yeni obyektlərin açılışını etdi
Putin Donetsk və Luqanskda yeni obyektlərin açılışını etdi4-04-2024, 00:01 |
Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə Donetsk, Mariupol və Luqanskda yeni sosial obyektlərin açılışını edib. Şəffaflıq.az axar.az-a istinadən xəbər verir ki, yeni regionların sosial-iqtisadi inkişafı proqramında 32 idarə, 26 dövlət şirkəti, Rusiyanın 82 regionu iştirak edəcək. Məlumata görə, yeni ərazilərin sosial-iqtisadi inkişafı üçün 282 tədbirlər proqramı daxildir, bütün mənbələrdən maliyyələşmənin ümumi həcmi 4,4 trilyon rubl təşkil edəcək. Putin Donbas və Novorossiyanın bərpası üçün 4 trilyondan çox rublun hər birinin səmərəli şəkildə yatırılmalı olduğunu bildirib. Geri qayıt |