Əsas Səhifə > SİYASƏT > İlham Əliyev:COP29 Azərbaycan-ABŞ arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaradır.
İlham Əliyev:COP29 Azərbaycan-ABŞ arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaradır.3-04-2024, 19:18 |
COP29 Azərbaycan-ABŞ arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib. Prezident Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşdə müzakirə olunan istiqamətlər üzrə Azərbaycanın da ABŞ ilə ikitərəfli əlaqələrinin inkişafında maraqlı olduğunu, COP29-un iqlim dəyişikliyi məsələləri və yaşıl texnologiyalar sahəsində ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını bildirib. Geri qayıt |