Əsas Səhifə > REGİON > Zaxarova: Qərb ölkələrinin marağı Ermənistanı suverenlikdən məhrum etməkdir
Zaxarova: Qərb ölkələrinin marağı Ermənistanı suverenlikdən məhrum etməkdir3-04-2024, 12:18 |
Qərb ölkələrinin marağı Ermənistanı suverenlikdən məhrum etməkdir. Şəffaflıq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Zvezda” telekanalının efirində deyib. “Qərb kuratorlarının Ermənistandan istədiyi məhz budur - suverenliyinin itirilməsi, başqa heç nə. Onlar indiki mərhələdə, belə demək mümkünsə, iqtisadi imkanlarını inkişaf etdirən bir çox dövlətlərlə belə təcrübələr aparıblar. Vədləri çoxdur. Məsələn, Avropa İttifaqı, Vaşinqton Serbiyaya investisiya, iqtisadi dəstək və s. vədlər veriblər. Ancaq vədlərin heç biri reallaşmayıb”, - o bildirib. M.Zaxarova qeyd edib ki, Qərb ölkələri Azərbaycanla münasibətlərin normallaşmasında Ermənistana hər hansı bir yardım göstərmir: “Ölkə, siyasi elita üzərində tam təsirə nail olmaq istəyirlər. Amma məhz geosiyasi təsirə indi Cənubi Qafqazda vəziyyəti sarsıdan və Ermənistandan vasitə kimi istifadə etməyə çalışanlar nail olmaq istəyirlər”. Geri qayıt |