Əsas Səhifə > REGİON > Türkiyədə 29 nəfərin ölümü ilə nəticələnən yanğının səbəbi məlum olub
Türkiyədə 29 nəfərin ölümü ilə nəticələnən yanğının səbəbi məlum olub3-04-2024, 12:08 |
Aprelin 2-də Türkiyənin İstanbul şəhərində 16 mərtəbəli binada baş verən yanğının səbəbi məlum olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Qeyd olunub ki, səs izolyasiyası və dekorun yenilənməsi işləri aparılarkən qaynaq zamanı qaz xəttində partlayış olub. Partlayış isə yanğına səbəb olub. Xatırladaq ki, partlayış çoxmərtəbəli binada yerləşən gecə klubunda baş verib. Hadisə nəticəsində 29 nəfər ölüb, 1 nəfər yaralanıb. Geri qayıt |