Əsas Səhifə > MALİYYƏ > Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri auditor seçir
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri auditor seçir3-04-2024, 09:33 |
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri özünün və ərazi idarələrinin 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib. Şəffaflıq.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır. İddiaçılar təkliflərini aprelin 26-na qədər quruma (Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 135) təqdim edə bilərlər. Təkliflərə aprelin 26-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Geri qayıt |