Əsas Səhifə > MALİYYƏ > Azərbaycan Sankt-Peterburqla gəmiqayırma sahəsində fəaliyyəti genişləndirmək istəyir
Azərbaycan Sankt-Peterburqla gəmiqayırma sahəsində fəaliyyəti genişləndirmək istəyir2-04-2024, 14:14 |
Azərbaycan Sankt-Peterburqla gəmiqayırma sahəsində birgə fəaliyyətin gücləndirilməsi istiqamətində müzakirələr aparıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. M.Cabbarov qeyd edib ki, Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovun ölkəyə səfəri çərçivəsində keçirilən görüşdə ikitərəfli iqtisadi münasibətlərin perspektivlərini, sənaye, investisiya, innovasiya, turizm kimi sahələrdə birgə fəaliyyətin gücləndirilməsi istiqamətində imkanlar nəzərdən keçirilib: “Ticarət və biznes tərəfdaşlığının dəstəklənməsi üçün mövcud potensialı dəyərləndirdik”. Geri qayıt |