Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Hicran Hüseynova: Ailə psixoloqu institutu yaradılmalıdır
Hicran Hüseynova: Ailə psixoloqu institutu yaradılmalıdır1-04-2024, 12:34 |
Ailə psixoloqu institutu yaradılmalıdır. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda keçirilən dəyirmi masada təkliflə çıxış edib. Komitə sədri qeyd edib ki, insanlar ailə üzvləri ilə deyil, virtual məkanda daha çox vaxt keçirirlər, bu isə böyüməkdə olan uşaqların psixologiyasına təsir edir. "Bir çox televiziyalara dəvət edilən psixoloqların cəmiyyətə nə qədər ziyan vurduğunu görürük. Bundan əlavə, iş yerlərində də psixoloqlar fəaliyyət göstərsə, yaxşı olar. Eyni zamanda, valideynlik səriştəsinin inkişaf etdirilməsi ilə bağlı iş aparılmalıdır", - deyə H.Hüseynova əlavə edib. Geri qayıt |