Əsas Səhifə > REGİON > Türkiyə Prezidentinin baş müşaviri: Növbədənkənar prezident seçkiləri olmayacaq
Türkiyə Prezidentinin baş müşaviri: Növbədənkənar prezident seçkiləri olmayacaq1-04-2024, 11:56 |
Türkiyədə növbədənkənar prezident seçkiləri olmayacaq. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum bildirib. O, erkən seçkilərlə bağlı çağırışları əsassız sayıb: “Prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyət müddəti 2028-ci ilə qədər davam edəcək. O, Türkiyənin yeni mərhələlərə başlamasına liderlik edəcək. Kimsənin şübhəsi olmasın”. Qeyd edək ki, R.T.Ərdoğan 2023-cü ildə keçirilən prezident seçkilərində qalib gəlib. Ölkədə növbəti seçkilərin 2028-ci ildə keçirilməsi nəzərdə tutulur. Geri qayıt |