Əsas Səhifə > XARİCİ XƏBƏR > Ukraynalı analitik: Putin nüvə silahından istifadə etməyəcək

Ukraynalı analitik: Putin nüvə silahından istifadə etməyəcək


1-04-2024, 11:45


"Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı səsləndirdiyi aşkar təhdidlər, təbii ki, Rusiya ilə Qərb arasında münasibətlərin indiki çətin mərhələsi ilə bağlıdır".

"Bildiyiniz kimi, Fransa prezidenti Emmanuel Makron, eləcə də bir sıra digər Qərb liderləri Ukrayna ərazisinə bir sıra Qərb ölkələrinin silahlı qüvvələrinin göndərilməsinin mümkünlüyünü bəyan ediblər. Hazırda onların hərbi əməliyyatlarda birbaşa iştirakından söhbət getmir. Lakin bu sözlər Kremli hədsiz dərəcədə narahat edib, isterik reaksiyalara səbəb olub", - deyə Berezovets vurğulayıb.

O, xatırladıb ki, V. Putin bəyan edib ki, Qərb ölkələrinin hər hansı silahlı birləşmələrinin Ukrayna ərazisində görünməsi onları eyni vaxtda nüvə silahından istifadə riski ilə müharibəyə sürükləyəcək: "Düşünürəm bu təhdidlər praktiki şəkildə həyata keçirilməyəcək. Artıq Qərb kəşfiyyatının dərc olunmuş arxivlərindən də görünür ki, V.Putinin həqiqətən təhlükəli xəttə yaxınlaşdığı yeganə vaxt olub. Bu, 2022-ci ilin sonunda Ukraynada olub. Lakin sonra Çin və Hindistanın mövqeyi sayəsində Rusiya Prezidenti öz niyyətindən əl çəkdi. Hazırda nə Ukraynada, nə də üçüncü ölkələrdə Putinin nüvə silahından istifadə etməsi təhlükəsi yoxdur”.

“Onlar Baltikyanı ölkələrin, ola bilsin ki, Mərkəzi Avropanın və ya Ukraynaya müharibədə fəal kömək edəcək dövlətlərin konkret hökumətlərini təhdid edə bilərlər. Amma buna baxmayaraq, bunun praktiki şəkildə həyata keçirilməsi, Putinin bu gün nüvə silahından istifadə təhlükəsi yoxdur. Bu aydın başa düşülməlidir. Bu, sırf virtual təhlükədir və heç bir real inkişafı olmayacaq", - o, əlavə edib.

Şəffaflıq.az


Geri qayıt