Əsas Səhifə > REGİON > Türkiyənin “Southwind Airlines” aviaşirkətinin Avropaya uçuşları qadağan edilib

Türkiyənin “Southwind Airlines” aviaşirkətinin Avropaya uçuşları qadağan edilib


30-03-2024, 09:53


Türkiyənin “Southwind Airlines” aviaşirkətinin Avropaya uçuşları qadağan edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Turizm Güncel” saytı Avropa İttifaqının qərarına istinadən məlumat yayıb.

Belə ki, rəsmi Brüssel Aİ-yə üzv dövlətlərə elan edib ki, “Southwind Airlines” (Cortex Aviation and Tourism Trade-nin rəsmi adı) aviaşirkətinin təyyarələrinə sanksiyalar qaydalarına uyğun olaraq Avropada uçuş və enişi qadağan edilib.

Hazırda bu qadağaya görə, “Southwind Airlines” tərəfindən həyata keçirilən Şarm əl-Şeyxdən “Air Cairo SM903” kodlu uçuş gecikir. Həmçinin Sürix, Berlin, Düsseldorf, Frankfurt, Hamburq, Münhen və Ştutqartın hava limanları bu aviaşirkətin təyyarələrinin gəlişinə qadağa qoyub.

Aİ-də hesab edirlər ki, “Southwind Airlines” faktiki olaraq Rusiyanın sanksiya tətbiq etdiyi strukturlar tərəfindən idarə olunur. Şirkət 2022-ci ilin aprel ayında yaradılıb.


Geri qayıt