Əsas Səhifə > REGİON / ELM VƏ TƏHSİL > 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş konfrans keçirilib.

31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş konfrans keçirilib.


29-03-2024, 23:56


Xalqımız tarix boyu keşməkeşli yollar keçmiş, ağır əziyyətlər çəkmişdir. Biz isə tariximizin şanlı və qürurlu zəfərləri kimi, çoxəsrlik tarixə malik xalqımızın gördüyü zülmləri də araşdırmalı, bunu geniş ictimaiyyətə çatdırmalıyıq.

 Bu məqsədlə martın 29- da “31 Mart 1918-ci il azərbaycanlıların faciəsinin qanlı tarixinin başlanğıcı” mövzusunda  konfrans keçirilib. Konfrans soyqırımı qurbanlarının xatirəsinin anılması ilə  başladı.  S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov konfrans iştirakçılarını salamladıqdan sonra Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il “ Azərbaycanlıların soyqırımı” haqqında verdiyi Fərmanın siyasi və tarixi əhəmiyyəti mövzusunda çıxış etdi. 

Quba  “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı "Lənkəranda mart soyqırımı", 



Quba  “Soyqırımı Memorial Kompleksi”nin direktor müavini Mehriban Əliyeva "Mart soyqırımı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində", AMEA Şərqşünaslıq İnstitununun aparıcı elmi işçisi,  tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri "1918-ci il Cənubi Azərbaycanda soyqırımı", S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının tarix müəllimi Həsən Osmanov "İrəvan quberniyasında soyqırımı", Quba  “Soyqırımı Memorial Kompleksi”nin “Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin” əməkdaşı  Nurcan Allahverdiyeva "1918-ci il mart soyqırımı zamanı Bakıda erməni təcavüzünə məruz qalmış abidələr" mövzularında çıxış etdilər. Daha sonra gimnaziyanın şagirdləri Əlizadə Sinan, Cəmilənur Günəş, Eminli Ağayar,  İsmayılzadə Gülüm,  Həmidli Sadiq, Məmmədli Amalya, Məmmədli Uğur, Muradova Banu, 


Məhərrəmli Ağayusif 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş təqdimatlarını konfrans iştirakçılarına təqdim etdilər.

Şəffaflıq.az 


Geri qayıt