Əsas Səhifə > XARİCİ XƏBƏR > Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər29-03-2024, 00:01 |
Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Parlamentlərarası İttifaqın (PAİ) vasitəçiliyi ilə mayın ortalarında görüşün keçirilməsi barədə razılığa gəliblər. Şəffaflıq.az xəbər verir ki, bu barədə A.Simonyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib. "Parlament səviyyəsində təmasların başlanması barədə qərar qəbul edilib və ilkin razılığa əsasən, görüş mayın ortalarında baş tutacaq", - erməni spiker bildirib. O, əlavə edib ki, Milli Məclisin sədri Sahibə Qafarova ilə əvvəlki görüş konstruktiv şəraitdə keçib. Xatırladaq ki, Qafarova və Simonyan martın 22-də Cenevrədə Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində görüşüblər. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə iki ölkə parlamentlərinin mümkün yardımı məsələləri müzakirə edilib. Tərəflər həmçinin parlamentlərarası səviyyədə dialoqun mümkünlüyünü nəzərdən keçirmək barədə razılığa gəliblər. Geri qayıt |