Əsas Səhifə > İnfrastruktur > "Nəsimi" metrostansiyasında alışma baş verib

"Nəsimi" metrostansiyasında alışma baş verib


27-03-2024, 15:31


"Bakı Metropolteni" QSC-nin "Nəsimi" stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib.

Şəffaflıq.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, alışmanın qarşısı dərhal alınıb.

Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.


Geri qayıt