Əsas Səhifə > MALİYYƏ > Daha bir beynəlxalq qurum Azərbaycan üzrə inflyasiya proqnozunu açıqlayıb

Daha bir beynəlxalq qurum Azərbaycan üzrə inflyasiya proqnozunu açıqlayıb


27-03-2024, 14:59


Beynəlxalq iqtisadi statistika portalı olan “Trading Economics” 2024-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 5 % səviyyəsində proqnozlaşdırır.

Şəffaflıq.az bu barədə iqtisadi nəşrə istinadən xəbər verir.

Proqnozlara əsasən, birinci rübdə orta illik inflyasiya 1,8 %, ikinci rübün sonuna 4,4 %, üçüncü rübün sonuna 5,3 %, dördüncü rübün sonuna isə % səviyyəsində gözlənilir.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkədə istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 1,3 % artıb.

İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4,7 %-ə qədər azalacağını, 2025-ci ildə % olacağını proqnozlaşdırır.

Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 5,8 %, 2025-ci ildə 5,2 % təşkil edəcək.

Niderlandın "ING Group" şirkəti 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 4,4 %, 2025-ci ildə 5,5 % olacağını proqnozlaşdırıb.


Geri qayıt