Əsas Səhifə > XARİCİ XƏBƏR > İsveç hərbçilərini Latviyada yerləşdirməyi planlaşdırır
İsveç hərbçilərini Latviyada yerləşdirməyi planlaşdırır27-03-2024, 14:28 |
İsveç noyabr ayından Latviya ərazisinə hərbçilərini yerləşdirməyi planlaşdırır. Şəffaflıq.az “Politico” qəzetinə istinadən xəbər verir ki, bu barədə İsveçin NATO-dakı səfiri Aksel Vernhoff bildirib. “A.Vernhoff İsveçin NATO-nun Latviyada mövcudluğu çərçivəsində bu ölkəyə qoşun yerləşdirmək planını təsdiqləyib. İsveç bununla bağlı əməliyyata noyabrda başlamağı planlaşdırır”, - nəşrdə qeyd olunub. İsveç hərbçiləri rotasiya əsasında Latviyada yerləşdiriləcək və onları Danimarkadan olan hərbçilər əvəz edəcək. Qeyd edək ki, İsveç martın 7-də rəsmi olaraq alyansın 32-ci üzvü olub. Geri qayıt |