Əsas Səhifə > SİYASƏT > Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır27-03-2024, 14:23 |
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır. Şəffaflıq.az xəbər verir ki, bunu Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi yaxın günlərdə Xocalıya aparılacaq və orada dəfn olunacaq: “Xocalı şəhərində Şəhidlər xiyabanı salınır, bununla bağlı işlər görülür. Həmin 7 nəfərin cənazəsi xiyabanda torpağa tapşırılacaq”. Ş.Usubov söyləyib ki, hava şəraiti ilə əlaqədar kütləvi məzarlıqda işlərə bir qədər fasilə verilib: “Yaxın günlərdə ərazidə işlər bərpa olunacaq”. Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi insan qalıqları aşkarlanıb. Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə həyata keçirdiyi baxış-istintaq hərəkəti və aparılan müayinə nəticəsində aşkarlanan insan qalıqlarının ən azı 18 nəfərə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib. Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 8 nəfərin şəxsiyyəti müəyyən edilib: (Xocalı rayon sakinləri) 1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il (Xankəndi şəhər sakinləri) 6. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il Akif Mahmudov martın 27-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub. Geri qayıt |