Əsas Səhifə > Hadisə > Ötən gün vətəndaşlardan silah və qumbaralar götürülüb
Ötən gün vətəndaşlardan silah və qumbaralar götürülüb27-03-2024, 10:09 |
Polis əməkdaşları ötən gün vətəndaşlardan silah və qumbaralar götürüblər. Bu barədə Şəffaflıq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, martın 26-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd qumbara, 2 patron darağı, 9 ədəd müxtəlif markalı tüfəng və 226 ədəd müxtəlif çaplı patron təhvil götürülüb. Geri qayıt |