Əsas Səhifə > Hadisə > Cəlilabadda itkin düşən ana və 3 övladı tapılıb

Cəlilabadda itkin düşən ana və 3 övladı tapılıb


26-03-2024, 11:46


İtkin düşən Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı tapılıb.

Şəffaflıq.az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin qadın üç övladı ilə birlikdə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Ş.Kərimova martın 23-ü axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.


Geri qayıt