Əsas Səhifə > Region > Ermənistanda iki müxalifətçi saxlanılıb

Ermənistanda iki müxalifətçi saxlanılıb


22-03-2024, 22:44

Ermənistan polisi İrəvanda hazırkı hökuməti və baş nazir Nikol Paşinyanı sərt tənqid edən iki müxalifətçini, “İmnemimi” proqramının həmmüəllifləri və aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanı saxlayıb.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

N.Samsonyanın vəkili Ruben Melikyan jurnalistlərə açıqlamasında bildirib ki, müxalifətçi xuliqanlıq ittihamı ilə saxlanılıb.

Şəffaflıq.az  


Geri qayıt