Əsas Səhifə > REGİON > Pakistanda güclü zəlzələ baş verib
Pakistanda güclü zəlzələ baş verib19-03-2024, 07:49 |
Pakistanın qərbində 5,4 bal gücündə zəlzələ baş verib. Şəffaflıq.az report.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 27,6 min nəfər əhalisi olan Nuşki şəhərindən (Bəlucistan əyaləti) 68 km şimal-qərbdə yerləşib, ocağı isə 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Geri qayıt |