Əsas Səhifə > Dünya > ABŞ İrana qarşı sanksiyaları GÜCLƏNDİRƏCƏK
ABŞ İrana qarşı sanksiyaları GÜCLƏNDİRƏCƏK23-11-2019, 21:51 |
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo “Iran International” telekanalına bildirib. Onun sözlərinə görə, buna səbəb İran hakimiyyətin etiraz aksiyalarına göstərdiyi reaksiyadır. “İranın İnformasiya və Kommunikasiya Texnologiyaları nazirinə qarşı sanksiyalar tətbiq etdik. Özlərini İran liderləri kimi aparanlara viza verməkdən imtina edəcəyik. Biz kompleks sanksiyalar tətbiq edəcəyik ki, bu da rejim üçün çətinliklər yaradacaq”, - deyə ABŞ dövlət katibi vurğulayıb. Qeyd edək ki, ABŞ hökuməti İrana qarşı tətbiq olunan sanksiyaların siyahısını genişləndirib və buraya ölkənin İnformasiya və Kommunikasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahromini əlavə edib. Şəffaflıq.az Geri qayıt |