Əsas Səhifə > REGİON > Rusiyada prezident seçkiləri başa çatıb

Rusiyada prezident seçkiləri başa çatıb


17-03-2024, 22:21


Martın 17-də axşam saatlarına olan məlumata əsasən, Rusiyada prezident seçkilərində seçki məntəqələrində seçici fəallığı 73 %-i ötüb.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.

Seçki prosesinin gedişi ilə bağlı məlumatlara əsasən, Moskva vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00) ölkə üzrə şəxsən iştirak 73,3 % təşkil edib.

Eyni zamanda, Mərkəzi Seçki Komissiyası açıqlanan nəticələrdə məsafədən elektron səsvermədə iştirakın nəzərə alınmamasına aydınlıq gətirib.

MSK-nın məlumatına görə, Rusiyanın Kalininqrad vilayəti istisna olmaqla, bütün regionlarındakı seçki məntəqələri hazırda işini başa çatdırıb.


Geri qayıt