Əsas Səhifə > FUTBOL > Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.


15-03-2024, 22:45


Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

Şəffaflıq.az-ın məlumatına görə, ilk gündə bir oyun keçirilib.

Günün yeganə matçında “Neftçi” meydana çıxıb. “Ağ-qaralar” doğma “Neftçi Arena”da “Səbail”i qəbul edib.

Turnir cədvəlində qonşu olan komandaların duelinə ev sahibləri sürətli başlayıblar. Miodraq Bojoviçin yetirmələri fasiləyə qədər rəqib qapısından iki cavabsız top keçiriblər. Əvvəlcə 23-cü dəqiqədə “Səbail”in israilli müdafiəçisi Nir Bardea avtoqol müəllifi olub.

Cəmi 4 dəqiqə sonra bu dəfə “Neftçi”nin müdafiəçisi Azər Salahlı “səhnəyə çıxıb” və “dənizçilər”i ikinci dəfə mərkəzə dəvət edib. Qarşılaşmada son nöqtəni 85-ci dəqiqədə Yeqor Boqomolski qoyub.

Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən “Neftçi” xallarının sayını 40-a çatdırıb. “Səbail” isə 37 xalda qalıb. Şahin Diniyevin baş məşqçisi olduğu komanda “Neftçi” önündə 5 illik qələbə həsrətinə son qoya bilməyib. “Səbail” bu rəqibini sonuncu dəfə 2019-cu ildə məğlub edib.

Qeyd edək ki, III dövrənin son turunun digər oyunları martın 16-17-də keçiriləcək.


Geri qayıt