Əsas Səhifə > XARİCİ XƏBƏR > Binəli Yıldırım: Ölkələr iqlim dəyişikliyi ilə bağlı məsuliyyəti anlamalıdır

Binəli Yıldırım: Ölkələr iqlim dəyişikliyi ilə bağlı məsuliyyəti anlamalıdır


15-03-2024, 12:21


Ölkələr iqlim dəyişikliyi ilə bağlı məsuliyyəti anlamalıdır.

Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyənin keçmiş baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqalar Şurasının sədri Binəli Yıldırım "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun beşinci panel müzakirəsində deyib.

"Əsas sual budur ki, dünyanın daha yaxşı yerə çevrilməsinə kim məsuliyyət daşıyır? Bu məsələ, o cümlədən karbon tullantılarının azaldılmasında bütün ölkələrin üzərinə məsuliyyət düşür", - o bildirib.

B.Yıldırımın sözlərinə görə, iqlim dəyişikliyinin ciddi nəticələri ola bilər: "Bununla bağlı beynəlxalq standartlara uyğun addımlar atılmalıdır".


Geri qayıt