Əsas Səhifə > REGİON > Ali Radanın deputatı: Azərbaycanda olduğu kimi, Ukraynada da ədalətin bərqərar olmasını istəyirik
Ali Radanın deputatı: Azərbaycanda olduğu kimi, Ukraynada da ədalətin bərqərar olmasını istəyirik14-03-2024, 13:46 |
Roma Papası Fransiskin "ağ bayraq"la bağlı açıqlaması təəssüf ki, həm ukraynalılar, həm də demokratik dünya nümayəndələri arasında çaşqınlıq və mənfi emosiyalara səbəb olub. Bunu Şəffaflıq.az-ın məlumatına gore Ukrayna Ali Radasının deputatı Dmitro Bilotserkovets Roma Papasının müharibə ilə bağlı "ağ bayraq qaldırma" təklifi ətrafında yaranan qalmaqala münasibət bildirərkən deyib. "Amma Ukrayna yalnız bir şeyi - Azərbaycan kimi ədalətin bərqərar olmasını istəyir. Lakin buna nail olmaq üçün onun uğrunda mübarizə aparmaq lazımdır. Təəssüf ki, Vatikan səhvlərini düzəltməyə çalışmır. Bu, Roma Papasının ilk bəyanatı deyil. Əminəm ki, belə halları düzəltmək olar. Bəlkə də Roma Papası Fransisk həqiqətən də Rusiya təbliğat maşınının təqdim etdiyi kimi düşünmür. Belə ki, bu açıqlamadan bir gün sonra Vatikanın bu fikirləri necə şərh etdiyini gördük. Bir sözlə, böyük tarixə malik olan Vatikan tarixin dərslərini, ədalət uğrunda mübarizə aparmağın nə demək olduğunu unutmamalıdır. Axı, ukraynalılar mübarizəni davam etdirirlər və hər gün hərbçilərimiz həyatını itirir, dinc vətəndaşlarımız demokratik dünyanın, o cümlədən Vatikanın maraqlarını müdafiə edərək ölürlər", - əlavə edib. Ukraynalı deputat ümid edib ki, bundan sonra ilk növbədə yalnız ədaləti, sülhü müdafiə edəcək Roma Papasını görəcəklər. Geri qayıt |