Əsas Səhifə > MALİYYƏ > Almaniya şirkəti Azərbaycanda su sızıntısını nəzarətdə saxlayan sistemin tətbiqini təklif edir

Almaniya şirkəti Azərbaycanda su sızıntısını nəzarətdə saxlayan sistemin tətbiqini təklif edir


14-03-2024, 10:02


Almaniyanın “IBG HydroTech” şirkəti Azərbaycanda su borularında sızıntılarının aradan qaldırılması mexanizmlərinin tətbiqi istiqamətdə əməkdaşlıq etməyi planlaşdırır.

Bu barədə “Report”a açıqlamasında şirkətin icraçı direktoru Norbert Olbrix deyib.

“Biz su sızıntılarının aradan qaldırılması mexanizmləri üzərində işləyirik. Azərbaycanla da məhz bu istiqamətdə əməkdaşlıq etmək istəyirik. Çünki Azərbaycanda bu mexanizmlərə 60 %-dən çox tələb qeydə alınıb”,- N. Olbrix bildirib.

Onun sözlərinə görə, növbəti 10 ildə “IBG HydroTechin hədəfi Azərbaycanda biznes yaratmaqdır: “Biz su borularında sızıntıların qarşısını almağa daha çox fokuslanacayıq. Qeyd edim ki, Almaniyada su sızıntısını nəzarətdə saxlayan sistem mövcuddur”.

Şəffaflıq.az


Geri qayıt