Əsas Səhifə > SİYASƏT > “Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyinə verilib
“Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyinə verilib13-03-2024, 13:52 |
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) tabeliyinə verilib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, AZAL, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər. Geri qayıt |