Əsas Səhifə > Cəmiyyət > “Qohum evliliklərinə qadağa qoyulması qanunsuz nikahlara yol açacaq”

“Qohum evliliklərinə qadağa qoyulması qanunsuz nikahlara yol açacaq”


13-03-2024, 00:02


"Qohum evliliklərinə qadağa qoyulması qanunsuz nikahların, dini kəbinlərin sayının artmasına gətirib çıxaracaq".

Şəffaflıq.az  "report"a istinadən bildirir ki, bu barədə Xəzər Universitetinin müəllimi, hüquqşünas Akif Əlizadə qohum evlilikləri ilə bağlı təşkil edilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, qohum nikahlarını azaltmaq üçün alternativ variantlar tətbiq edilməlidir:

"Tibbi müayinədən keçən cütlüklərdə mövcud olan və genetik ötürülə biləcək xəstəliklər haqqında risklər ciddi dəyərləndirilmədir. Əgər tibbi müayinədə gələcək övladların sağlamlığı üçün təhlükəli məqamlar aşkarlanarsa, həmin şəxslərin nikahına qadağa qoyula bilər. Birbaşa qohum evliliklərinə ümumi qadağa qoyulsa, problemlərə, narazılıqlara səbəb ola bilər".


Geri qayıt