Əsas Səhifə > MALİYYƏ > “Turan Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

“Turan Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək


12-03-2024, 14:29


Aprelin 26-da, saat 15:00-da “TuranBank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Şəffaflıq.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq Bankın Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 85 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 58,1%-i 20 fiziki şəxsə, 41,9%-i isə 8 hüquqi şəxsə məxsusdur.


Geri qayıt