Əsas Səhifə > İnfrastruktur > Azərbaycanda alternativ su mənbələrinin istifadəsi artırılacaq
Azərbaycanda alternativ su mənbələrinin istifadəsi artırılacaq12-03-2024, 14:18 |
Azərbaycanda şirin su ehtiyatları getdikcə azalır, bu səbəbdən alternativ su mənbələrinin istifadəsi və təşviqi artırılır. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi ("Baku Water Week") çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. "Bakı, Abşeron ərazisində, böyük ehtimalla Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun tikintisi layihəsini həyata keçirib Bakıda şirin su ehtiyatlarını, su təhlükəsizliyini təmin etmək üçün maksimum bu layihədən istifadə etməyə çalışacağıq", - Ə. Şirinov qeyd edib. Azərbaycanın su proqnozlarının nəticələrinə əsasən növbəti illərdə içməli suya olan tələbatın artacağı nəzərə alınaraq bu layihənin istehsal gücü illik 100 milyon kubmetr həcmində nəzərdə tutulur. Geri qayıt |