Əsas Səhifə > XARİCİ XƏBƏR > Haitinin Baş naziri istefa verib

Haitinin Baş naziri istefa verib


12-03-2024, 10:19


Haitinin Baş naziri Ariel Anri istefa verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Biz onun istefasını keçid prezident şurasının yaradılmasından və müvəqqəti baş nazirin təyin edilməsindən sonra qəbul edəcəyik”, - Karib Ölkələri Birliyinin sədri və Qayana Prezidenti Məhəmməd İrfaan Əli bildirib.

Daha əvvəl bəzi cinayətkar qrupların Ariel Anri hökumətini devirmək planları barədə məlumat yayılmışdı. Haiti hakimiyyəti silahlı dəstələrlə asayiş keşikçiləri arasında baş verən toqquşmalara görə paytaxt Port-o-Prinsdə fövqəladə vəziyyətin müddətini bir ay müddətinə uzatmışdılar. Martın 3-də ölkənin Qərb departamentində fövqəladə vəziyyət və komendant saatı tətbiq edilib. Fevralın sonundan bəri Port-o-Prins hava limanı yaxınlığında davam edən atışmalara görə A.Anri Keniyaya səfərindən sonra ölkəyə qayıda bilmir.

Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci ildə prezident Jovenel Moizanın öldürülməsindən və həmin ilin avqustunda 2200-dən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra pisləşib. “Telesur” kanalının məlumatına görə, hazırda silahlı dəstələr paytaxt ərazisinin 80 faizindən çoxuna nəzarət edirlər.


Geri qayıt