Əsas Səhifə > Hadisə > Bakıda kombi və qazanxana avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakıda kombi və qazanxana avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb


12-03-2024, 10:14


Bakının Sabunçu rayonun Maştağa qəsəbəsi ərazisində qazanxanaların birindən 13000 manat dəyərində kombi və qazanxana avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Şəffaflıq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Qəzənfər Quliyev müəyyən olunaraq saxlanılıb.


Geri qayıt